BAKI, 22 fevral. TELEQRAF
ABŞ və Ukrayna fevralın 22-də Ukraynanın nadir torpaq minerallarından istifadəyə dair saziş imzalaya bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.
Daha əvvəl Donald Tramp ABŞ-nin Kiyevə yardımlarının qarşılığı olaraq Ukraynadan nadir torpaq elementlərinin istismarının Amerika şirkətlərinə həvalə edilməsini təklif edib.