
BAKI, 22 fevral. TELEQRAF
ABŞ-ın Milli təhlükəsizlik müşaviri Mayk Uolts Prezident Donald Trampın Nobel Sülh Mükafatı alacağına inandığını bildirib.
Teleqraf xəbər verir ki, o, Donald Trampı “sülh prezidenti” adlandırıb.
“O Avropadakı müharibəni bitirəcək. O Yaxın Şərqdəki müharibələrə son qoymağa hazırlaşır. O, ABŞ-a rəhbərliyi ilə öz yarımkürəmizə, Arktikadan Panamaya, Argentinadakı dostlarımıza qədər yenidən sərmayə qoymağı planlaşdırır. Onun hakimiyyəti zamanı ABŞ heç bir ölkəyə müharibə başlatmayıb. Bütün bunların sonunda biz Nobel Sülh Mükafatını Donald Trampın adının yanında görəcəyik”,- deyə Mayk Uolts bildirib.