BAKI, 22 fevral. TELEQRAF
Ukraynada müharibə başlayandan bəri ilk dəfə olaraq ABŞ BMT-nin Rusiya əleyhinə qətnamə layihəsini dəstəkləməkdən imtina edib.
Teleqraf xəbər verir ki, ABŞ ali orqana “Sülhə gedən yol” adlı öz qətnaməsini təqdim edib.
Bu sənədə fevralın 24-də BMT Baş Assambleyasında baxılacaq.
Vaşinqtonun qətnaməsi üç bənddən ibarətdir; Rusiya-Ukrayna münaqişəsinin qurbanları üçün kədərin ifadəsi, hərbi əməliyyatların tezliklə dayandırılmasına çağırış və ölkələr arasında davamlı sülhün dəstəklənməsi.
Mətndə rus qoşunlarının Ukraynadan çıxarılması tələbləri yoxdur.
“BMT-nin əsas məqsədi dialoq yolu ilə beynəlxalq sülh və təhlükəsizliyi qorumaqdır”, - layihədə deyilir.