
BAKI, 22 fevral. TELEQRAF
Almaniya Fransa və Britaniya ilə danışıqlar aparmalı, ABŞ-də dəyişən ritorika fonunda Ukraynanın müdafiəsi üçün nüvə silahından istifadə etməlidir.
Teleqraf Almaniyanın “Tagesspiegel” qəzetinə istinadən xəbər verir ki, bu təkliflə Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz çıxış edib.
“Biz ABŞ Prezidenti Donald Trampın NATO-nun yardım öhdəliklərinə artıq tam əməl etməyəcəyinə hazırlaşmalıyıq”, - o deyib.
Merzin sözlərinə görə, Fransa hakimiyyəti Ukraynaya nüvə zəmanətlərinin müzakirəsi təklifi ilə bir neçə dəfə Almaniya hökumətinə müraciət etsə də, Berlin buna cavab verməyib.