
BAKI, 22 fevral. TELEQRAF
Qazaxıstanın şimalında Xəzər Boru Kəməri Konsorsiumu yaxınlığına düşən PUA-nın Rusiyaya məxsus olduğu bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın hərbi analitik portalı "Defence24" yazır .
Qeyd olunur ki, strateji obyektin yaxınlığında Rusiyaya məxsus “Orlan-10” kəşfiyyat PUA-nın qalıqları aşkar edilib. Qazaxıstan ordusunun arsenalında belə pilotsuz təyyarələr yoxdur.
Rusiya tərəfi məlumatı təkzib edib. Qeyd olunub ki, Qazaxıstana düşən PUA Fransa istehsalıdır və o da Ukrayna ordusunun arsenalındadır.
"Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya PUA-sının Qazaxıstan hava məkanını pozmasında təəccüblü heç nə yoxdur", - Polşa nəşri yazır.
O da bildirilir ki, Qazaxıstanın BRİKS-ə qoşulmaqdan imtina etməsi Rusiyanı qəzəbləndirib. Bundan sonra Qazax biznesmenlərin Rusiyada sıxışdırılması və PUA-nın ölkə ərazisinə buraxılması bir-biri ilə əlaqəlidir.