
BAKI, 22 fevral. TELEQRAF
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Federasiya Şurasının sədri Valentina Matviyenko yaxın günlərdə Türkiyəyə səfər etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, Rusiya xarici işlər nazirinin səfəri fevralın 23-24-də, rusiyalı senatorun səfəri isə fevralın 26-27-də baş tutacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Lavrovla görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.