
BAKI, 22 fevral. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın Avropada liberal demokratları dəstəkləməyi dayandırmaqla ABŞ-yə təsir edə biləcəyinə şübhə edib.
Teleqraf xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında yazıb.
Zaxarova işğal olunmuş ölkənin işğalçı ölkəyə necə təsir göstərə biləcəyi sualını verib. O xatırladıb ki, Almaniya Konstitusiyasında hələ də “işğal rejimi” və “işğal hakimiyyəti” sözlərini ehtiva edən hüquqi müddəalar var.