BAKI, 22 fevral. TELEQRAF
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 5 PKK terrorçusunu zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
Nazirliyin "X" hesabında qeyd olunub: "Qəhrəman Türk Silahlı Qüvvələri İraqın şimalındakı terror yuvalarını məhv etməyə davam edir. Ölkənin Qara bölgəsində aşkarlanan 5 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Terror hədəflərinə təsirli zərbələr endirməyə davam edəcəyik".