
BAKI, 4 mart. TELEQRAF
Rusiya Ukraynanı dəstəklədiyi üçün Yaponiyaya qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın xarici işlər naziri İvaya Takeşi ilə yanaşı bu ölkənin 9 vətəndaşının ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.
Sanksiya siyahısına Yaponiyanın Kiyevdəki səfiri Nakaqome Masaşi, Yaponiyanın Kiyevdəki keçmiş səfiri Matsuda Kuninori, ölkənin Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndələri və bəzi biznes rəhbərləri daxildir.