BAKI, 24 fevral. TELEQRAF

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkədə kütləvi iğtişaşlar hazırlayan 11 şəxsi saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

Milli Məclisin keçmiş deputatı da daxil olmaqla, ümumilikdə 11 nəfər bu cinayət işinin istintaqı çərçivəsində Daxili İşlər Nazirliyinin İstintaq Xidmətinə aparılıb, sonra müvəqqəti saxlama təcridxanasında yerləşdirilib.

Nazirliyin məlumatına görə, “Qırx tayfa və Yeddi vilayətin birliyi” adlı qruplaşmanın üzvləri mütəmadi olaraq ölkədə kütləvi iğtişaşlar təşkil etmək məqsədilə mütəmadi olaraq toplantılar keçiriblər.

Faktla bağlı Qırğızıstan Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb. Baxış zamanı saxlanılan şəxslərdən qumbaraatan, ov tüfəngləri, tapança, döyüş sursatı, kamuflyaj geyimləri, narkotik vasitələr, dini ədəbiyyat, xüsusi maskalar, kütləvi iğtişaşların təşkili ilə bağlı qeydlər, odlu silahlar və saxta dövlət nömrə nişanları aşkar edilərək götürülüb.

Şübhəlilərin adları açıqlanmır, cinayət işi üzrə istintaq davam edir.