
BAKI, 1 mart. TELEQRAF
Şimali Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Ri Hi Yonun rəhbərlik etdiyi nümayəndə heyəti Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Koreyanın rəsmi agentliyi məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Putin Şimali Koreya lideri Kim Çen Ina ən səmimi salamları və xoş arzularını çatdırmağı xahiş edib.
Koreya nümayəndəsi öz növbəsində ölkə liderinin Rusiya prezidentinə hərbi salamını çatdırıb.
Putin deyib ki, Kim Çen In iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük diqqət yetirir.