
BAKI, 4 mart. TELEQRAF
"Əgər Vaşinqton martın 4-də Kanada mallarına rüsumlar tətbiq edərsə, Kanada ABŞ-a 155 milyard Kanada dolları (107,4 milyard dollar) dəyərində cavab rüsumları tətbiq etməyə hazır olacaq".
Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Melani Coli jurnalistlərlə görüşündə bildirib.
“Biz 155 milyard Kanada dolları məbləğində tariflərlə cavab verməyə hazır olacağıq. Əgər ABŞ öz ticarət müharibəsinə başlamaq qərarına gəlsə, biz hazır olacağıq”, - o qeyd edib.