
BAKI, 4 mart. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Ukraynada bir aylıq atəşkəs təklifi vaxtından əvvəl irəli sürülüb.
Teleqraf xəbər verir ki, bunu İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri Antonio Tajani deyib.
“Hesab edirəm ki, Ukrayna və Rusiya ilə danışıqlar masası arxasına əyləşərək ədalətli və hər şeydən əvvəl davamlı sülhə nail olmaq üçün hər şeyi Avropa və ABŞ etməlidir”, - o deyib.
Tajani əmindir ki, bu səbəbdən bir aylıq atəşkəs təklifi vaxtından əvvəl irəli sürülüb.