BAKI, 4 mart. TELEQRAF

Ukraynada sülh yolu ilə nizamlanmaya qarşı çıxan hər kəs “uzun müddət orada qalmayacaq".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransı zamanı deyib.

“Əgər kimsə razılaşmaq istəmirsə, mən düşünmürəm ki, o adam uzun müddət orada davam edə bilsin. Bu adam dinlənilməyəcək, çünki mən Rusiyanın razılıq əldə etmək istədiyinə inanıram”, - Tramp bildirib.

O ümid edir ki, baş verənlərdən ən çox əziyyət çəkən Ukrayna xalqı da eyni şeyi (atəşkəsi - red) istəyir.