BAKI, 4 mart. TELEQRAF

Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı vəziyyətə uyğun hərəkət edəcək.

Teleraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Gəlin görək nə baş verir. İndi çox şey dəyişir, danışıqlar davam edir" - deyə o, Kiyevə gələcək hərbi yardımın göstərilməsi ilə bağlı sualı cavablandırıb.

Prezident hələ bu barədə müzakirələr aparmadığını və prosesin hansı istiqamətdə gedəcəyinin yaxın gələcəkdə aydın olacağını vurğulayıb.