
BAKI, 3 mart. TELEQRAF
Tayvan hərbçiləri Çin Xalq Azadlıq Ordusuna məxsus 10 təyyarə və 10 gəminin adaya yaxınlaşmasını qeydə alıblar.
Teleqraf xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Çin təyyarə və gəmiləri Tayvan boğazının şərti ayırıcı xəttini keçərək adanın hava hücumundan müdafiə sistemləri ilə idarə olunan hava və su məkanlarının cənub-qərb və cənub-şərq hissələrinə daxil olublar.
“Vəziyyəti izləyirik və cavab tədbirləri görürük”, - Tayvanın hərbi qurumu vurğulayıb.