
BAKI, 24 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Kremldə ölkənin ali müftisi Talqat Tacuddinlə görüşündə dini liderlərin federasiya xalqları arasında konfessiyalararası birlik və harmoniyaya verdikləri töhfələrə görə minnətdarlığını bildirib.
Teleqraf xəbər verir ki, o, müsəlmanların Rusiyada xalqlar arasında birliyin təmin edilməsindəki müsbət rollarına diqqət çəkib.
“Sizin və digər ruhani liderlərin Rusiya xalqlarının dinlərarası birliyi və harmoniyasına verdikləri töhfələrə görə şəxsən sizə və İslamın bütün nümayəndələrinə minnətdarlığımı bildirmək istəyirəm”, - Putin deyib.