
BAKI, 4 mart. TELEQRAF
Ukrayna Ali Radası ABŞ Prezidenti Donald Trampa, Konqresə və ABŞ xalqına müraciət ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, Ali Radanın saytında dərc olunan müraciətdə Ukrayna xalqının sülhü hamıdan çox istədiyi və Trampın sülhməramlı səylərinin hərbi əməliyyatların tezliklə dayandırılması üçün həlledici olacağına inam öz əksini tapıb.
“Ukrayna böyük Amerika xalqının Birləşmiş Ştatların qlobal liderliyinin hərtərəfli bərpası istiqamətindəki istəklərinə dərin hörmətlə yanaşır. Eyni zamanda, biz qəti şəkildə inanırıq ki, ABŞ-nin beynəlxalq aləmdə rəhbərliyi azadlıq və demokratiya ideallarının müdafiəsi, beynəlxalq müqavilələrə sadiqlik, müttəfiqlər və dostlarla münasibətlərdə etibarlılıq ilə ayrılmaz şəkildə bağlıdır. Hazırda Ukraynanın və bütün Avropa qitəsinin təhlükəsizliyinin təmin edilməsi həmişəkindən daha vacibdir. Ukrayna müstəqil və suveren dövlət olaraq qalmalı, Ukrayna xalqı isə azad olmalıdır”, - deyə müraciətdə qeyd edilir.