
BAKI, 4 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya Federasiyasına kədərdən başqa heç nə gətirmədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə görüşündə danışıb
“Mən Rusiyaya kədərdən başqa bir şey verməmişəm”, - o, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və “Javelin” raket sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə çatdırılması barədə danışarkən qeyd edib.
Tramp hərəkətlərinin heç vaxt Rusiya Federasiyasına qarşı yönəlmədiyini də qeyd edib.