Norveçin neft və gəmiçilik şirkəti "Haltbakk Bunkers" Amerika gəmilərini yanacaqla təmin etməkdən imtina edib.

Teleqraf xəbər verir ki, buna səbəb Zelenski ilə Tramp arasında Ağ Evdə yaşanan gərginlikdir.

Şirkət bəyan edib ki, Ağ Evdə baş verənlər ucuz şou idi və Zelenskini gözdən salmağa hesablanmışdı.

"Amerikalılara yanacaq yoxdur. Bütün norveçliləri və avropalıları Ukraynanı dəstəkləməyə dəvət edirik", məlumatda bildirilir.