
BAKI, 4 mart. TELEQRAF
Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini, KXDR liderinin bacısı Kim Yo Çjon potensial rəqiblərinə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata görə, o , Pxenyanın öz suverenliyini və milli təhlükəsizliyini müdafiə etmək əzmini vurğulayaraq, KXDR-in istənilən təcavüzü dəf etməyə hazır olduğunu bildirib.
Bu bəyanata Amerika təyyarədaşıyan gəmisinin Cənubi Koreyanın Busan şəhərinə gəlməsi səbəb olub. Kim Yo Conq bildirib ki, KXDR-in müdafiə qabiliyyətinin gücünü yoxlamaq cəhdləri son dərəcə təhlükəli nəticələr doğurur. O, Amerikanın indiki administrasiyasının siyasətini pisləyərək, bunu sələflərinin düşmənçilik kursunun davamı adlandırıb. O, xəbərdarlıq edib ki, Amerikanın regionda hərbi mövcudluğunun artırılması, KXDR-nı görünməmiş hazırlığa, strateji çəkindirici qüvvələrini aktivləşdirməyə vadar edir.
Kim Yo Çjon həmçinin ABŞ və müttəfiqlərini Koreya yarımadasında gərginliyi artırmaqda ittiham edərək, onların hərəkətlərini təxribat və regional sülhə təhdid adlandırıb.