
BAKI, 3 mart. TELEQRAF
Avropa İttifaqı (Aİ) Bnqladeşdə yaşayan Rohinca müsəlmanlarına (Myanmanın Arakan ştatından köçən müsəlman xalq - red) 68 milyon avro yardım edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, Banqladeşdə müvəqqəti hökumətə rəhbərlik edən Məhəmməd Yunus Aİ-nin bərabərlik, hazırlıq və böhranların idarə olunması üzrə komissarı Hadja Lahbibi qəbul edib.
Ləhbib Yunusla görüşündə Aİ-nin Rohinca müsəlmanları üçün 68 milyon avro yardım edəcəyini bildirib.
Rohinca müsəlmanlarının qaldığı düşərgələrdə humanitar vəziyyətin getdikcə pisləşdiyini vurğulayan Lahbib, bu vəziyyəti yaxşılaşdırmaq üçün AB-nin verdiyi yardımın hələ də yetərli olmadığını qeyd edib.
Aİ-nin yardımını məmnuniyyətlə qarşıladığını qeyd edən Yunus Rohinca müsəlmanlarının vəziyyətinin Banqladeş üçün "böyük problem" olduğunu və bunun illərdir həll olunmadığını vurğulayıb.
"Biz beynəlxalq diqqəti Rohinca böhranına cəlb etməyə çalışırıq", - Məhəmməd Yunus söyləyib.