
BAKI, 4 mart. TELEQRAF
Amerikalılar ABŞ-nin Ukrayna münaqişəsini maliyyələşdirməsindən yorulub.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
Livittin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin ABŞ-yə minnətdar olmasını istəyir: "O, Ukraynanın milli təhlükəsizliyini, həmçinin müdafiə ehtiyaclarını təmin edən amerikalı vergi ödəyicilərinə minnətdarlıq etməlidir. Amerika və onun vətəndaşları Ukrayna münaqişəsini maliyyələşdirməkdən yorulub. Lakin Zelenski Trampdan fərqli olaraq razılığa gəlmək istəmir".