
BAKI, 4 mart. TELEQRAF
"Ağ Evdə baş verən ictimai münaqişədən sonra Volodimir Zelenski ilə Donald Tramp arasında etibarlı münasibətlərin bərpa oluna biləcəyinə şübhə ilə yanaşıram".
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Çin və Tailanddakı müvəqqəti işlər vəkili Çarlz Friman deyib.
O, baş verənlərin dönməzliyini vurğulayaraq qeyd edib ki, mövqelərin dərin fərqliliyi və münasibətlərdə gərginlik fonunda əlaqələrin bərpası çağırışları real görünmür.
“Vəziyyəti emosional və strateji fasilə yox, "boşanma" ilə müqayisə edərdim. Beləliklə, Böyük Britaniya Baş naziri Zelenskinin Trampla münasibətlərini düzəltmək istədiyini deyəndə, boşanmanın artıq baş verdiyini düşündüm”, - diplomat qeyd edib.