BAKI, 27 fevral. TELEQRAF

Şimali Koreya Rusiyaya əlavə qoşun göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” informasiya agentliyi kəşfiyyata istinadla məlumat yayıb.

Kəşfiyyatın hesablamalarına görə, Şimali Koreya Ukrayna qüvvələrinə qarşı döyüşmək üçün artıq ölkədə yerləşdirilmiş təxminən 11 000 hərbçidən əlavə, yanvar-fevral aylarında Rusiyaya 1000-dən çox hərbçi göndərib.

Əlavə qüvvələrin Rusiyanın Kursk bölgəsində yeridilib-yeridilmədiyi hələ də məlum deyil.