
BAKI, 4 mart. TELEQRAF
"Avropa ölkələri istənilən güzəştə gedə bilər ki, Amerika Birləşmiş Ştatları Şimali Atlantika Alyansı tərk etməsin".
Teleqraf xəbər verir ki, bunu türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik İhsan Səfa bildirib.
“Avropa ölkələri ABŞ-nin NATO-dan çıxmasının qarşısını almaq üçün istənilən güzəştə gedə bilərlər”, - o qeyd edib.
Səfa proqnozlaşdırıb ki, əgər ABŞ alyansdan çıxsa, Fransa və Böyük Britaniya təşkilatı ələ keçirə və “öz imperialist məqsədləri üçün istifadə edə bilərlər”.
O əlavə edib ki, Türkiyənin NATO-da qalması ölkənin Aİ- yə tamhüquqlu üzvlüyündən və Aİ-nin terror məsələsində Türkiyənin xeyrinə mövqeyindən asılı olacaq.