BAKI, 27 fevral. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin fikrini formalaşdıran və qərar qəbul etməsinə təsir göstərən edən mühit dəyişməyib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bildirib.

“Yalnız məsələ budur ki, Şoyqunun (keçmiş müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi) rolu xeyli azalıb. İstisna və bu baxımdan yeganə məqam odur ki, Patruşevin (prezidentin köməkçisi) vəzifəsi dəyişsə də, rolu çox da dəyişməyib. Bu, çox maraqlı məqamdır", - general-leytenant qeyd edib.

Budanovun sözlərinə görə, Rusiyanın milli təhlükəsizlik və müdafiə naziri vəzifələri Rusiya hökumətində əsas olaraq qalır, amma Şoyqunun təsiri məhdudlaşıb:

“Bir maraqlı məqam da odur ki, Patruşevin ofisi Kremldədir, əvvəllər başqa ünvanda yerləşirdi. Heç nə ilk baxışdan göründüyü qədər sadə deyil. Dəyişikliklər gec oldu, onlar etdiklərini etdilər. Amma Şoyqu Patruşev ola bilmədi. O, hətta müavinlərini belə təyin edə bilməz”.

Baş kəşfiyyatın rəhbəri Rusiya müdafiə naziri Andrey Belousovun da fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Belousov normal işləyir və Putin onu texnokrat kimi qəbul edir, yəni bürokratik və təşkilati məsələlərlə məşğul olan adamdır. Budanov vurğulayıb ki, Belousov işini daha ​​çox kölgədə görür, bu da nəticələrini verir.