BAKI, 4 mart. TELEQRAF

İordaniyanın xarici işlər naziri Ayman Safadi İsrailin Suriyaya hücumlarını regionun təhlükəsizliyi üçün “fəlakət” adlandırıb.

Teleqraf xəbər verir ki, İordaniya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Safadi Qahirədə keçirilən Ərəb Liqası Zirvə toplantısına hazırlıq iclası çərçivəsində suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə görüşüb.

Görüş zamanı iki ölkə arasındakı əlaqələr və Suriyadakı hadisələr müzakirə edilib.

İsrailin Suriya ərazisinə hücumlarını pisləyən Safadi bu hücumların regionun təhlükəsizliyi və sabitliyi üçün “fəlakətli nəticələrə” səbəb ola biləcəyini bəyan edib və İsrailin Suriya ərazisindən tamamilə çıxarılmasının vacibliyini vurğulayıb.