
BAKI, 4 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə ictimai mübahisədən sonra Kiyevə edilən bütün hərbi yardımın dondurulması barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.
“Birləşmiş Ştatlar Tramp ölkə liderlərinin sülhə xoş niyyət nümayiş etdirdiyini müəyyən edənə qədər Ukraynaya bütün hazırkı hərbi yardımı dayandırır ”, - nəşr yazır.
Agentliyin mənbəsi vurğulayıb ki, Ukrayna artıq təyyarə və gəmilərdə tranzitdə olan və ya Polşada tranzit zonalarda tədarükünü gözləyən Amerika silahlarını da almayacaq .
Müvafiq sərəncam artıq Pentaqonun rəhbəri Pit Heqsetə göndərilib.