BAKI, 4 mart. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXV turun daha iki qarşılaşması keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk oyununda

"Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionda baş tutacaq oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Qərb klubu son 3 ev oyununu qolsuz tərk etməyib. “Qartallar” isə son 2 matçda qol vurmayıb.

“Turan Tovuz” 42 xalla 4-cü olduğu təqdirdə, “Zirə” 3 xal daha çox toplayaraq ikinci sırada qərarlaşıb.

Günün digər matçında “Sabah" “Araz-Naxçıvan"ı qonaq edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq.

“Bayquşlar” son 4 görüşdə qol vurub və uduzmayıb. Masazır təmsilçisinin ev qarşılaşmalarının hamısında eyni sayda – 2 qol vurulub.

“Sabah” 33 xalla 5-ci, “Araz-Naxçıvan” 45 xalla 3-cüdür.

Qeyd edək ki, XXV turun ötən gün keçirilən oyunlarında “Şamaxı” səfərdə “Səbail”i, “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
XXV tur
4 mart (çərşənbə axşamı)

17:30. "Turan Tovuz" – "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu

19:30. "Sabah" – "Araz-Naxçıvan"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
"Bank Respublika Arena"