BAKI, 4 mart. TELEQRAF

Yaponiyanın şimal-şərqindəki İvate əyalətində altı gündür davam edən meşə yanğını genişlənərək 2600 hektara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yanğın 90-a yaxın yaşayış və ticarət binasını məhv edib, 1800 ev elektriksiz qalıb.

Ölkənin hər yerindən xilasedicilər əraziyə gələrək yanğınla mübarizə aparır. 5 minə yaxın yerli sakin təxliyə üçün tövsiyələr alıb, təxminən 1200 nəfər artıq təxliyə mərkəzlərindədir.