
BAKI, 4 mart. TELEQRAF
Ay missiyaları üçün nəzərdə tutulmuş "Starship" kosmik gəminin çərşənbə axşamına planlaşdırılan səkkizinci sınaq buraxılışı təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.
Məlumatda uçuşun ləğv edilməsinin səbəbi açıqlanmayıb.
Qeyd edək ki, İlon Musk tərəfindən idarə olunan SpaceX şirkəti dünyanın ən güclü kosmik gəmisi "SpaceX Starship" gəmisini bir neçə dəfə kosmosa buraxıb. Kosmik gəmi 24.000 km/saat sürətlə hərəkət edir.
“Starship”in Aya pilotlu uçuşu martın 1-nə planlaşdırılmışdı, lakin səfər təxirə salınaraq martın 4-nə təyin edilmişdi.
Buraxılış Texasın cənub-şərqində yerləşən “Boka- Çika” dakı “Starbase” meydançasından olmalı idi.
Təxminən bir saat davam edəcək uçuş zamanı gəmi dörd Starlink mini peyk simulyatorunu orbitə çıxaracaqdı.
Yenidən istifadə edilə bilən raket sistemi "Starship" kosmik gəmisindən və "Super Heavy" daşıyıcıdan ibarətdir. "Super Heavy" reaktiv daşıyıcısı da yuxarı pillədən ayrıldıqdan sonra buraxılış meydançasına geri enməli idi. Onun hündürlüyü 120 m-dən çoxdur.
Raket artıq yeddi dəfə buraxılıb. Ötən il 4 uçuş uğurla həyata keçirilib.
Yanvarın 17-də həyata keçirilən sonuncu uçuş uğursuzluqla başa çatıb. Raketin ikinci mərhələsi orbitə çıxa bilməyib. Hava gəmisi uçuş zamanı parçalanıb.