
BAKI, 27 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ölkənin dövlət sərhədinin müdafiəsini gücləndirməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Putin sərhəd zonasında insanların təhlükəsizliyinə nəzarətlə məşğul olan dövlət qulluqçularının sayının artırılmasının vacibliyini vurğulayıb.
“Dövlət sərhədinin mühafizəsi üçün əlavə ciddi tədbirlər görülməlidir”, - prezident Federal Təhlükəsizlik Xidmətinin (FSB) iclasında çıxışı zamanı qeyd edib.
Putin bildirib ki, sərhədyanı rayonlarda vətəndaşların təhlükəsizliyi ordu hissələri, Rusiya Milli Qvardiyası və Daxili İşlər Nazirliyi, habelə yerli hakimiyyət orqanları ilə birgə təmin edilməlidir.