
BAKI, 4 mart. TELEQRAF
Boliviyada sərnişin avtobusunun mikroavtobusla toqquşması nəticəsində 21 nəfər ölüb, 22 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, Potosi rayon prokuroru Qonzalo Aparicionun sözlərinə görə, Oruro şəhərindən hərəkət edən sərnişin avtobusu Potosi və Oruro bölgələrini birləşdirən magistral yolda mikroavtobusla toqquşub.
İlkin məlumata görə, qəzada 31 nəfər həyatını itirib, 22 nəfər isə yaralanıb.
Regional Polis Komandanlığının sözçüsü Limbert Çoque qəzanın səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmaya başlanıldığını açıqlayıb.
Yanğınsöndürənlər və polis qəza yerində axtarış-xilasetmə işlərini davam etdirir.
Qeyd edək ki, martın 1-də Boliviyada iki sərnişin avtobusunun toqquşması nəticəsində 37 nəfər ölüb, 30 nəfər yaralanmışdı.