BAKI, 15 fevral. TELEQRAF

Çin ABŞ-nin tək tərəfli sanksiyalarına cavab verəcək.

Teleqraf xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi bildirib.

"Biz ABŞ-nin atdığı addımlara qətiyyətlə cavab verəcəyik," – o, qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Çindən idxal edilən mallara 10 faizlik tariflər tətbiq edib. Pekin isə buna cavab olaraq bir neçə Amerika şirkətini hədəfə alıb, bəzi ABŞ məhsullarına vergi tətbiq edib, eləcə də vacib metallara ixrac məhdudiyyətləri qoyub.