BAKI, 16 fevral. TELEQRAF

Çinin xarici işlər naziri Vanq Yi və Braziliya prezidentinin xüsusi nümayəndəsi Selso Amorim Ukrayna böhranının siyasi yolla həllinə yardım etməyə qarşılıqlı hazır olduqlarını bildiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Çin və Braziliya “sülh dostları qrupu”nun işini tam dəstəkləyirlər və Ukrayna böhranının siyasi həllində konstruktiv rol oynamağa davam edəcəklər”, - Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir.