BAKI, 4 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin mümkün qədər tez bitməsinə dair çağırış edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“Bizə əsl sülh lazımdır və ukraynalılar bunu hər kəsdən çox istəyirlər, çünki müharibə şəhərlərimizi və qəsəbələrimizi məhv edir. İnsanlarımızı itiririk. Biz müharibəni dayandırmalı və təhlükəsizliyi təmin etməliyik”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Kiyev ABŞ və onun avropalı tərəfdaşları ilə birlikdə işləyir.