
BAKI, 4 mart. TELEQRAF
ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin davranışını “şər” adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib.
“Zelenski əbədi müharibə, sonsuz korrupsiya ətçəkən maşını istəyir”, - biznesmen bildirib.
Mask ABŞ Prezidenti Donald Trampın Zelenski ilə bağlı paylaşımına da eyni şərhi yazıb.
Tramp Zelenskinin Ukrayna münaqişəsinin sona çatmasının hələ çox uzaqda olması barədə sözlərini “çox pis bəyanat” adlandırıb.