BAKI, 19 fevral. TELEQRAF

Vyetnam parlamenti ölkənin paytaxtı və şimal liman şəhərlərini Çin sərhədinə birləşdirən dəmir yolu layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə "Vietnam News" qəzetində yazı dərc edilib.

Məlumata görə, parlamentdə ölkələr arasında ticarəti gücləndirəcək 8 milyard dollarlıq dəmir yolu layihəsi üçün səsvermə keçirilib.

Layihə səs çoxluğu ilə qəbul edilib.

Çinin cənub-qərbindəki Yunnan əyalətinə qədər uzanması planlaşdırılan xətt təqribən 390 kilometr uzunluğunda olacaq və paytaxt Hanoydan, Hayfonq və Lao Cai liman şəhərlərindən keçəcək.

Vyetnam layihəni 2030-cu ilə qədər başa çatdırmağı nəzərdə tutur.