BAKI, 29 may. TELEQRAF
“Son 24 saat ərzində Hörmüz boğazından İran rəsmiləri ilə razılaşdırılmış şəkildə 24 gəmi keçib”.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri məlumat yayıb.
Məlumatda qeyd olunub ki, strateji su yolunda sıxlığın qarşısını almaq məqsədilə hər gün yalnız məhdud sayda gəminin xüsusi təyin olunmuş marşrutlarla boğazdan keçməsinə icazə verilir.
Xatırladaq ki, SEPAH ötən gün də oxşar məlumat yayaraq, 24 saat ərzində Hörmüz boğazından 26 ticarət gəmisinin keçdiyini bildirmişdi.