BAKI, 24 may. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 33 gəminin keçidinə icazə verildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

Bildirilib ki, boğazdan keçən gəmilər arasında neft tankerləri, konteyner daşıyan yük gəmiləri və digər kommersiya təyinatlı dəniz nəqliyyat vasitələri olub.

SEPAH bəyanatında qeyd edib ki, ABŞ ordusunun Hörmüz boğazında həyata keçirdiyi hücumlardan sonra yaranan ciddi təhlükəsizlik vəziyyəti fonunda bölgəyə nəzarət gücləndirilib.

“ABŞ ordusunun təcavüzündən sonra yaranmış ciddi təhlükəsizlik şəraitində Hörmüz boğazına ağıllı nəzarət SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən qətiyyətlə həyata keçirilir”, - məlumatda vurğulanıb.