
BAKI, 25 fevral. TELEQRAF.
Qəzza şəhərindəki xəstəxanada ən azı üç uşaq soyuqdəymədən ölüb.
Teleqraf xəbər verir ki, Livanın "Al Mayadeen" telekanalı xəstəxanaya istinadən məlumat yayıb.
Xəstəxananın baş həkimi bildirib ki, hava temperaturunun enməsi nəticəsində soyuqlama ilə bağlı müraciətlərin sayı artıb: "Uşaq bölməsinə güclü soyuqdəymədən əziyyət çəkən səkkiz uşaq daxil olub. Bir yaşına çatmamış üç körpə sonradan dünyasını dəyişib, üç uşağın vəziyyəti isə ağır olaraq qalır".
Xəstəxananın rəhbəri dünya həkimlərindən dəstək istəyib və bildirib ki, anklavın yanacağa və qızdırılma vasitələrinə ehtiyacı var.