
BAKI, 25 fevral. TELEQRAF
Son zamanlar bəzi gənclərin ictimai nəqliyyat vasitələrinin, xüsusilə avtobusların arxa hissəsindən tutaraq sürüşməsi halları müşahidə olunur.
Teleqraf xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu cür hərəkətlərin insan həyatına ciddi təhlükə yaratdığı və qəza ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.
Məlumatda deyilir: "Hər bir yol hərəkəti iştirakçısı bilməlidir ki, bu cür davranışlar:
✅ Həm həmin şəxsin, həm də digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradır;
✅ Sürücünün diqqətini yayındıraraq qəzaların baş verməsinə səbəb ola bilər;
✅ Yol hərəkəti qaydalarının pozulmasıdır.
Baş DYP İdarəsi yol hərəkəti iştirakçılarından, xüsusilə valideynlərdən xahiş edir ki, övladlarını belə təhlükəli hərəkətlərdən çəkindirsinlər.
Hər kəsin təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmək mütləqdir!"