BAKI, 24 fevral. TELEQRAF

Rusiyalı jurnalist Vladimir Pozner Kanadanın yeni sanksiya siyahısına düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları xəbər yayıb.

Pozner yeni siyahıya Kanada Baş naziri Castin Trüdonun bəyanatına əsasən daxil edilib.

Səbəb kimi Poznerin rus telekanalında çalışması və Rusiya hakimiyyətinə işləməsi göstərilir.