BAKI, 25 fevral. TELEQRAF

Rusiya hökuməti Aleksandr Puşkin və Jorj Şarl Dantes arasında duelin baş verdiyi mədəni irs obyektinin adını dəyişib.

Teleqraf xəbər verir ki, müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Federasiya əhəmiyyətli tarixi və mədəni irs obyektlərinin siyahısında həmin məkan artıq "27 yanvar 1837-ci ildə A.S.Puşkinlə J.Ş.Dantes arasında duelin baş verdiyi yer" kimi əks olunacaq.

Buna qədər məkanın adında Dantesin inisialı E.Dantes kimi qeyd olunurdu - onu Aleskandr Dümanın "İf qalasının əsiri" əsərinin qəhrəmanı Edmon Danteslə səhv salıbmışlar.

Xatırladaq ki, eyni səhvin bir neçə dövlət sənədində əksini tapdığı ortaya çıxıb.