BAKI, 24 fevral. TELEQRAF

Çeçenistan rəhbəri Ramzan Kadırov Avstraliya və Yeni Zelandiyanın anası Aymani Kadırova qarşı sanksiyalar tətbiq etməsinə şərh verib.

Teleqraf xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

Kadırovun fikrincə, anasına qarşı sanksiyalar absurddur: “Anam guya uşaqları Ukrayna ərazisindən çıxarmaqda ittiham olunur. Bu doğru olsa belə, söhbət müdafiəsiz və elementar yaşayış şəraiti olmayan, müharibə zonasına düşmüş uşaqlardan gedir”.