Bakı, 25 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın Baş naziri Pedro Sançeslə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında bildirib.

O, görüşdə sülh danışıqları və təhlükəsizliyin təminatı, müdafiə ehtiyacları və müştərək istehsal, ispan şirkətlərinin Ukraynanın bərpası işində iştirak və digər məsələlərin müzakirə olunduğunu bildirib.

Zelenski eyni zamanda 1 milyard avro dəyərində hərbi yardım üçün ispan xalqına təşəkkür edib.