BAKI, 25 fevral. TELEQRAF
Serbiyanın BMT Baş Assambleyasında Rusiya əleyhinə qətnaməni dəstəkləməsi xəyanət və rüsvayçılıqdır.
Teleqraf xəbər verir ki, bunu Baş nazirin müavini Aleksandr Vulin deyib.
O bildirib ki, Serbiya Avropada Rusiyaya qarşı sanksiya tətbiq etməyən yeganə ölkədir:
"BMT-dəki rüsvayçılıq olmamalıydı. Serbiya təmsilçiləri bizi biabır elədilər".
Vulin bu addımı səhv deyil, xəyanət hesab edir. Onun fikrincə, xarici işlər naziri Marko Curiç buna görə cavab verməlidir.