
BAKI, 25 fevral. TELEQRAF
İtaliya A seriyasında 26-cı turun son oyununda “Roma” yerli azarkeşləri önündə “Monza”nı böyük hesabla (4:0) məğlub edib.
Teleqraf xəbər verir ki, paytaxt komandasının qələbəsində özbəkistanlı futbolçu Eldor Şomurodov yaxından iştirak edib.
Oyunda hesabı 10-cu dəqiqədə Şomurodovun ötürməsindən sonra Aleksis Salemakers açıb. “Roma”nın ikinci qolunu isə 32-ci dəqiqədə özbək forvard özü vurub.
Fasilədən sonra Anxelinyo və Brayn Kristiante də “canavarlar”ın heyətində fəqləniblər.
“Roma” 40 xalla 9-cu, “Monza” isə 14 xalla sonuncu – 20-ci yerdədir.