
BAKI, 25 fevral. TELEQRAF
İstanbuldan Moskvaya uçan Rusiya aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsində gərgin anlar yaşanıb.
Teleqraf xəbər verir ki, bu barədə xəbəri Aviatorşina teleqram kanalı yayıb.
Göyərtəsində 146 sərnişin olan təyyarə uçuş xəttinə doğru yön alanda salonda tüstülənmə baş verib.
Qapılar bağlanandan və mühərrik işə düşəndən dərhal sonra ekipaj kənar qoxu hiss edib.
Bundan sonra geri qayıtmağa qərar verilib. Reys təxirə salınıb, hava gəmisi isə hazırda texniki baxışdan keçirilir.